Müqavilə
Bakı şəhəri “01” dekabr 2015 –ci il
Biz aşağıda imza edənlər – bir tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq _________________________________________________________________________________ və digər tərəfdən mövcud qanunveriliciyə və öz nizamnaməsinə uyğun fəaliyyət göstərən bundan sonra “Satıcı” adlandırılacaq “ECD VEB SOLUTIONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:2003580601) direktoru şəxsində Doruk Selim bu müqaviləni aşağıda göstərilən şərtlər daxilində bağladıq:
- Müqavilənin mövzusu
- Bu müqavilənin mövzusu olan, “Alıcı” internet saytından elektron şəraitdə sifariş etdiyi, aşağıda keyfiyyətləri və qiyməti göstərilən məhsulun satışı və təslimi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən tərəflərin hüquq və öhdəliklərini nəzərə alaraq müəyyən malların (sayt, təlim paketi və sair) satışının təşkil olunması
- Müqavilənin müddəti
- Müqavilənin müddəti, tərəflərin onu imzaladığı gündən hesablanmaqla, “_” “____” 2015 – ci il tarixədək müəyyən edilir.
- Bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən yalnız birinin təşəbbüsü ilə, digər tərəfi ən azı 14 (on dörd) təqvim günü əvvəlcədən yazılı xəbərdar etmək şərtilə, müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək olar.
- Hesablaşma qaydası.
3.1 “Alıcı” “Satıcıya”-ya bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan aylıq göstərilən xidmətlərə görə növbəti ayın ilk 10 (on) iş günü ərzində aşağıda qeyd olunmuş cədvələ seciminə uyğun xidmət haqqı ödəyəcək. Bu müqavilə ilə nəzərdə tutulmayan hər hansı digər ödənişlər “Alıcı” tərəfindən ödənilmir və bu cür ödənişlərin “Satıcı ” tərəfindən tələb edilməsinə yol verilmir. Qeyd olunan məbləğlə ƏDV daxil deyildir.
Sayt _____ Təlim paketi ____
3.2 Ödənişlər həm nəgd , həm bank hesablara köcürmə , həm plastik kart və post terminallarla nəzərə tutulur.
3.3 “Alıcı”ların sifarişlərin geri çəkilmə hüququndan istifadə etdiyi vəziyyətlərdə və ya sifariş məhsulunun müxtəlif səbəblərə görə təmin edilməməsi və ya hakimlər heyətinin qərarları ilə “Alıcı” qarşılıqlı olaraq qaytarılmasına qərar verilən hallarda, alış- veriş zamana Satıcıya dəyən ziyan, bank komissiyaları və sair tam olaraq berpa olunmalıdır.
- Xidməti təslim edilməsi gaydaları
4.1 Sayt acılması ilə baglı Satıcı tərəfindən kodlaşdırılır və Alıcıya təhvil verilir
4.2 Məhsulun istifadəsi ilə baglı Lazımı trainingları və təlimlər kecirilməsinə Satıcı tərəfindən zamanət verir .
4.3 Ünvana qədər catdırılma istənilərsə paket şəklində çatdırılacaq kargo və təslim xərcləri “Alıcı” tərəfindən qarşılanır. Kargo məbləği sifariş cəmi məbləğinə əlavə edilir. Təslimat, razılaşmaya əsasən kargo şirkəti vasitəsi ilə “Alıcı” nın ünvanına əldən təslim ediləcəkdir. Təslim zamanı “Alıcı” nın ünvanında olmaması halında belə Firmamız əməliyyatı tam və heç bir çatışmamazlıq olmadan yerinə yetirmiş olaraq qəbul ediləcəkdir. Bu səbəblə, “Alıcı” məhsulu gec təhvil almasından və/və ya heç təhvil almamasından ortaya çıxan zərərlər və xərclərə görə Satıcı məsuliyyət daşımır.
4.4 Satıcı müqavilə mövzusu olam məhsulun sağlam, çatışmamazlıq olamadan sifarişdə göstərilən xüsusiyyətlərə uygun və varsa zəmanət sənədləri və istifadə təlimatları ilə təslim ediməsinə görə məsuliyyət daşıyır.
- Alıcının imtina etmə hügugu
5.1 Alıçı 4 (dörd) gün ərzində hər hansı bir səbəb göstərmədən və cərimə ödəmədən müqavilədən imtina hüququna sahibdir. ECD Builder paketi üçün etibarlı olmaq şərti ilə, istehlakçının imtina hüququndan istifadəsi halında, hosting firması server/şifrə istifadəsinə görə məhsulun məbləğindən 10% azaldılmaqla həyata keçirir. Digər xərclərə əsasən məhsulun qiyməti 20 % azaldılmaqla həyata keçirilir. Əğər şəxs domen alıbsa əlavə olaraq 20$ domen məbləği də kəsiləcəkdir. Qalan məhsulun məbləği və ƏDV məbləği isə “Alıcı”ya geri qaytarılır.
5.2 İmtina etmə hüququ müddəti, xidmət ilə bağlı olan müqavilələrdə müqavilənin bağlandığı gündən başlayır. Ancaq istehlakçı, müqavilənin bağlanmasından malın təsliminə qədər olan müddət ərzində də imtina hüququndan istifadə edə bilər.
- Ümumi maddələr
6.1 Alıcı www.ecdwebsolutions.net internet saytında müqavilənin mövzusu olan məhsul ilə bağlı ilkin məlumatları oxuyub məlumat sahibi olduğunu və elektron şəraitdə lazımi təsdiqi bəyan edir.
6.2 Məhsul müqavilə tarixindən etibarən ən gec 14 gün ərzində təslim ediləcəkdir. Məhsulun təslim edilməsi anına qədər bütün məsuliyyət Satıcıya aitdir.
6.3 Müqavilə mövzusu olan məhsul, Alıcıdan başqa bir şəxs/təşkilata təslim ediləcəksə, təslim ediləcək şəxs/təşkilat təslimatı qəbul etməməsinə görə Satıcı məsuliyyət daşımır.
6.4 Satıcı müqavilə mövzusu olan məhsulun sağlam, heç bir çatışmamazlığı olmayan, sifarişdə göstərilən xüsusiyyətlərə uyğun və təslim edilməsinə görə məsuliyyət daşıyır.
6.5 Müqavilənin mövzusu olan məhsulun təslimatı üçün bu müqavilənin qarşılığının Alıcının seçdiyi ödəmə şəkli ilə ödənmiş olması şərtdir. Hər hansı bir səbəblə məhsulun məbləği ödənməzsə və ya bank qeydiyyatından silinərsə, SATICI məhsulun təslimatı üçün məsuliyyət daşımır.
- Tərəflərin məsuliyyəti
- Tərəflərdən hər hansı biri bu müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün digər tərəfə dəyən ziyanın əvəzini ödəyir.
- Bir tərəf, digər tərəfin yazılı razılığı olmadan, öz üzərinə düşən öhdəliklərin icrasını hər hansı üçüncü tərəfə həvalə edə bilməz.
- ALICI tərəfindən internet saytında dövlət əleyhinə mövzulara toxnduqda və siyasi məsələlərlə bağlı hüküümete qarşı fikirlər bildirdikdə sayt SATICI tərəfindən bir tərəfli olaraq bağlanacaq.
- Əlavə şərtlər
- Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən etibarən qüvvəyə minir.
- Bu müqavilə iki nüsxədən ibarət tərtib edilərək təsdiqlənir. Hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla, biri “Alıcıda”də, digəri isə “Satıcıda”da saxlanılır.
- Bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə istənilən vaxt qanunvericiliyə zidd olmayan hər hansı əlavə və (və ya) dəyişiklik edilə bilər. Edilən hər hansı əlavə və (və ya) dəyişiklik tərəflərin birgə imzaladıqları ayrıca sənədlə edilir və bu sənəd müqavilənin ayrılmaz hissəsi olmaqla, onunla eyni hüquqi qüvvəyə malik olur.
- Tərəflər bu müqavilə ilə tənzimlənməyən digər məsələlərin həllində Azərbaycan Respublikasının qanunvericiliyin rəhbər tuturlar.